Kamran Əliyevdən yeni TƏYİNATLAR – rayon prokurorları dəyişdirildi
Gündəm
Kamran Əliyevdən yeni TƏYİNATLAR – rayon prokurorları dəyişdirildi
Expressxeberler.az xəbər verir ki, Baş Prokurorluqda yeni kadr dəyişiklikləri olub.
Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlərə əsasən, Pərviz İbayev Nizami rayon prokuroru vəzifəsindən azad edilərək Binəqədi rayon prokuroru təyin olunub.
Digər əmrlə Fuad Məmmədov Bakı şəhəri Binəqədi rayon prokuroru vəzifəsindən azad edilərək Nizami rayon prokuroru vəzifəsinə təyin edilib.
Bundan əlavə, Kamal Talıbov ikinci səlahiyyət müddətinə Şirvan şəhərinin prokuroru təyin olunub.
#KamranƏliyev #BaşProkurorluq #Təyinat #KadrDəyişikliyi #Prokurorluq #Expressxeberler #Expressxeberler.az
616
baxış



