Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib
Dünya
Oktyabrın 20-də “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin təşkilatçılığı ilə Belçikanın paytaxtı Brüsseldə, Avropa Parlamentinin qarşısında yerləşən “Place du Luxembourg” meydanında bir qrup azərbaycanlı itkin ailəsi etiraz aksiyası keçirib.
Expressxeberler.az xəbər verir ki, bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məlumat yayıb.
Aksiya zamanı etiraz bəyanatı oxunub. Bəyanatda bildirilib ki, Avropa İttifaqı institutlarının yerləşdiyi bu şəhərdə 30 ildən çoxdur doğmalarından xəbər ala bilməyən ailələrin, illərdir qapısı döyülməyən evlərin, övladının yolunu gözləyən anaların və valideynlərinin üzünü xatırlamayan uşaqların səsi eşidilməlidir.
Qeyd olunub ki, Ermənistanın Azərbaycan ərazilərini işğalı zamanı 4 010 azərbaycanlı itkin düşüb. Onların arasında 71 uşaq, 288 qadın və 319 ahıl şəxs olub.
Bəyanatda vurğulanıb ki, hər rəqəmin arxasında bir insan həyatı və cavabsız qalan suallar dayanır. Sülh gündəliyinin irəlilədiyi bir dövrdə itkinlərin taleyinə aydınlıq gətirilməsi xüsusi əhəmiyyət daşıyır.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun



