“Qızım babası kimi siyasətçi olacaq“

IMG_1170 Cəmiyyət
12:53 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, mərhum energetika naziri Natiq Əliyevin nəvəsi Aliyə sosial şəbəkədə ailəsi ilə birlikdə çəkilmiş arxiv görüntüsünü paylaşıb.

Aliyə paylaşımında atası Fərhad Əliyev, babası, nənəsi və anası Sara ilə birlikdə yer aldığı uşaqlıq görüntüsünü izləyiciləri ilə bölüşüb.

O, paylaşımına maraqlı qeydlər əlavə edib:

“Anam: Qızımız həkim olacaq. Atam: Yox, o, babasına oxşayacaq və siyasətçi olacaq”.

Aliyə musiqiyə olan marağından da söz açaraq, ailələrində hər zaman musiqiyə maraq olduğunu vurğulayıb.

Qeyd edək ki, Fərhad Əliyev və Sara uzun illər əvvəl ayrılıblar. Fərhad Əliyev müğənni Safurə Əliyeva ilə ailəlidir. Cütlüyün üç övladı var və onlar Türkiyədə yaşayırlar.

Ölkədə və dünyada baş verən son xəbərləri oxumaq üçün Expressxeberler.az saytını izləyin.

#NatiqƏliyev #FərhadƏliyev #SafurəƏliyeva #Aliyə #Məşhurlar #ArxivGörüntüləri #Expressxeberler #Expressxeberler.az

57 baxış
Paylaş: