Tramp: Ukraynadakı münaqişə çox tezliklə başa çatacaq

-b20bb95a178119022459396072610431336 Gündəm
10:11 Expressxeberler.az

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin tezliklə başa çatacağını bildirib.

Expressxeberler.az xəbər verir ki, Tramp münaqişənin dizel yanacağının qiymətlərinin artmasına təsir etdiyini qeyd edərək, “Bu, dizel yanacağının qiymətlərini artıran bir müharibədir, amma hər şey çox tezliklə bitəcək”, – deyə bildirib.

Qeyd edək ki, son günlər Tramp Rusiya və Ukrayna arasında enerji infrastrukturlarına zərbələrin dayandırılması ilə bağlı atəşkəs barədə də açıqlamalar verib. Reuters-in məlumatına görə, bu razılaşmanın qlobal dizel bazarındakı gərginliyi azaltması gözlənilsə də, yanacaq təchizatındakı problemlərin dərhal aradan qalxacağı bildirilmir.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlara hazır olduqlarını bildirib.

9 baxış
Paylaş: