Cahangir Əsgərovun qızı Nyu-Yorkda 7,5 milyon dollarlıq əmlak aldı

IMG_5390 Gündəm
11:39 Expressxeberler.az

AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun qızı Məlahət (Mila) Əsgərova bu il iyunun 30-da Nyu-Yorkda 7,5 milyon dollara əmlak alıb.

Expressxəbərlər.az xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli sosial şəbəkə hesabında məlumat yayıb.

Jurnalistin sözlərinə görə, söhbət Manhettenin Çelsi rayonunda, 543 West 25th Street ünvanında yerləşən iki kommersiya obyektindən gedir.

Bildirilir ki, Cahangir Əsgərovun qızı əmlakı sahibi olduğu “MRCRI Prop” LLC şirkəti vasitəsilə alıb. Satıcı isə Duqlas Kent Uollanın sahibi olduğu “Marlborough Gallery” ilə əlaqəli “Marlborough Real Estate” LLC olub.

Əmlakların ümumi sahəsi 434,6 kvadratmetr təşkil edir.

Jurnalistin məlumatına əsasən, əmlak biznes məqsədilə, böyük ehtimalla “Gazelli Art House” üçün alınıb.

Duqlas Uollanın isə Nyu-York incəsənət bazarında uzun illər fəaliyyət göstərən qalereya rəhbəri və kurator olduğu bildirilir.

71 baxış
Paylaş: