İranla münaqişə zamanı Yaxın Şərqdəki ABŞ hərbi bazalarına düzəlməz ziyan dəyib

6aac0ba0ae5ac966581e44b4 Gündəm
20:48 Expressxeberler.az

ABC News amerikalı hərbçiyə istinadən məlumat yayıb.

Expressxeberler.az xəbər verir ki, kanalın mənbəyinin sözlərinə görə, bəzi bazalar o qədər ciddi zədələnib ki, onların yenidən qurulması onilliklər çəkə bilər.

“Bu bazalar düzəlməz ziyana məruz qalıb. Əgər onları yenidən qurmaq qərarına gəlsək, bu, onilliklər çəkəcək”, – deyə mənbə bildirib.

Onun sözlərinə görə, dağıdılmış tikililəri bir neçə aya bərpa etmək mümkün deyil. Tikinti və bərpa işləri uzun illər davam edə bilər.

Mənbə həmçinin bildirib ki, Pentaqon İranla münaqişənin nəticələri ilə bağlı bütün məlumatları açıqlamayıb və dəymiş ziyanın tam miqyasını ictimaiyyətə təqdim etmir.

5 baxış
Paylaş: