Bakıda-Həbsdəki qohumunun arvadına 42 dəfə zəng edən şəxsi öldürdü

IMG_6407 Gündəm
03:17

Həbsdəki qohumunun arvadına 42 dəfə zəng edən şəxsi öldürdü – DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

Bakıda baş verən qətl hadisəsinin təfərrüatları üzə çıxıb.

Expressxeberler.az xəbər verir ki, hadisə 2024-cü il oktyabrın 27-də Qaradağ rayonunun Ələt qəsəbəsində baş verib.

Məlumata görə, 2000-ci il təvəllüdlü Əliəkbər Səmədli 1992-ci il təvəllüdlü Rüfət Rüstəmovu bıçaqlayaraq öldürməkdə şübhəli bilinir.

Hadisənin qısqanclıq və namus-qeyrət məsələsi zəminində baş verdiyi bildirilir. İddialara görə, Rüfət Rüstəmov şübhəlinin həbsdə olan qohumunun həyat yoldaşına 42 dəfə zəng edib. Bu məsələ tərəflər arasında münaqişəyə səbəb olub.

Məlumata əsasən, Əliəkbər Səmədli Rüfəti avtomobilə mindirərək başqa yerə aparıb və qəbiristanlıq yaxınlığında bıçaqlayıb. O, yaralını xəstəxanaya çatdırmağa çalışsa da, Rüfət yolda həyatını itirib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb. Əliəkbər Səmədli şübhəli şəxs qismində saxlanılıb.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Expressxeberler.az #Bakı #Qətl #Hadisə

2. 375 baxış
Paylaş: