Azərbaycanda Şəhid bacısı ilə Şəhid qardaşı evləndi – FOTO

IMG_6410 Cəmiyyət
03:25

Azərbaycanda Şəhid bacısı ilə Şəhid qardaşı evləndi.

Expressxeberler.az xəbər verir ki, Biləsuvar rayonunda iki şəhid ailəsini qohum edən əlamətdar toy mərasimi keçirilib.

Şəhid Ziyarət Hüseynovun qardaşı Vüqar şəhid Zöhrab Kərimovun bacısı Günellə ailə həyatı qurub.

Toy mərasimində şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri və Azərbaycanın müxtəlif bölgələrindən gələn qonaqlar iştirak ediblər.

Qeyd edək ki, Ziyarət Hüseynov və Zöhrab Kərimov 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olublar.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Expressxeberler.az #Biləsuvar #ŞəhidAiləsi #Toy #Azərbaycan

636 baxış
Paylaş: