Aqşin Fatehin bağlanan restoranından görün nələr çıxdı – Foto/Video

IMG_6469 Gündəm
20:21

 Fəaliyyəti dayandırıldı

Expressxeberler.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 118A ünvanında yerləşən “By Fateh Gənclik” restoranında plandankənar yoxlama aparıb.

Yoxlama zamanı restoranın qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, mətbəxdə texnoloji ardıcıllığın pozulduğu, istifadə olunan ət məhsullarının müvafiq icazə sənədlərinin olmadığı müəyyən edilib.

Bundan başqa, işçilərin ilkin və dövri tibbi müayinədən keçmədiyi, yararlılıq müddəti bitmiş alkoqolsuz içkilər və digər qida məhsullarının saxlanıldığı aşkarlanıb.

Aşkar edilən nöqsanlarla əlaqədar restoranın fəaliyyəti çatışmazlıqlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Sahibkar barəsində inzibati protokol tərtib olunub. Ət məhsullarından isə laborator müayinə üçün nümunələr götürülüb.

Qeyd edək ki, “By Fateh Gənclik” restoranı tanınmış meyxanaçı Aqşin Fatehə məxsusdur.

Xatırladaq ki, daha əvvəl paytaxtın Azadlıq prospekti, 231 ünvanında yerləşən “By Fateh” restoranının da fəaliyyəti dayandırılmış və obyektin qapısı möhürlənmişdi.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Expressxeberler.az #Expressxeberler #AqşinFateh #AQTA

1. 156 baxış
Paylaş: