Bakıda ikimərtəbəli ev yandı
Gündəm
Bakıda ikimərtəbəli evdə yanğın baş verdi – 150 kvadratmetr sahə yandı
Expressxeberler.az xəbər verir ki, Bakı şəhərinin Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Aran küçəsində yerləşən fərdi yaşayış evində yanğın baş verib.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən qüvvələri cəlb edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun bitişik tikililərə keçməsinin qarşısı alınıb və yanğın qısa müddətdə söndürülüb.
Ümumi sahəsi 300 kvadratmetr olan kürsülü ikimərtəbəli evin ikinci mərtəbəsinin 150 kvadratmetr sahəsi, dam örtüyü və pilləkən qəfəsi yanıb.
Evin birinci mərtəbəsi və bitişik tikililər yanğından mühafizə olunub.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Expressxeberler.az #Bakı #Yanğın #Sulutəpə



