50 minlik şəhərə 70 min çinli gətirilir! – Nə baş verir?

IMG_1779 Gündəm
01:30

Rusiyaya 70 min çinli işçi gətiriləcək – Bir şəhərin əhalisindən çoxdur

Expressxeberler.az xəbər verir ki, Rusiyanın Leninqrad vilayətinin Kinqisepp rayonunda nəhəng qaz-kimya kompleksinin tikintisi üçün on minlərlə çinli işçinin cəlb edilməsi planlaşdırılır.

Məlumata görə, Çinin “Seven” (CC7) tikinti korporasiyası layihənin həyata keçirilməsi üçün ümumilikdə 70 min xarici işçiyə icazə verilməsini istəyib. Bu rəqəm Kinqisepp şəhərinin 50 708 nəfərlik əhalisindən 19 mindən çoxdur.

Leninqrad vilayətinin müvafiq komissiyası 2027-ci il üçün 18 620 çinli mütəxəssisin işə cəlb edilməsinə kvota ayırıb. Bu, regionda viza əsasında işləyəcək əcnəbilər üçün nəzərdə tutulan bütün kvotaların 82 faizidir.

Çinli fəhlə və mühəndislər Ust-Luqa limanı yaxınlığında inşa edilən qaz emalı və qaz-kimya kompleksində çalışacaqlar.

Layihənin ümumi dəyəri 5,35 trilyon rubl qiymətləndirilir. Müəssisənin ildə 45 milyard kubmetr təbii qaz emal etməsi, 13,1 milyon ton mayeləşdirilmiş qaz və 2,8 milyon ton polietilen istehsal etməsi planlaşdırılır.

Qeyd edək ki, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar layihənin icrasında çətinliklər yaradıb. Almaniyanın “Linde” konserni 2022-ci ildə layihədə iştirakını dayandırıb.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Rusiya #Çin #Expressxeberler.az

65 baxış
Paylaş: