Bakıda vətəndaşları aldadaraq pullarını ələ keçirən şəxs tutuldu

IMG_8817 Cəmiyyət
19:04 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, Bakının Nəsimi rayonunda vətəndaşların etibarından sui-istifadə edilərək pullarının ələ keçirilməsi ilə bağlı polisə məlumat daxil olub.

DİN-in məlumatına görə, keçirilən tədbirlər nəticəsində şübhəli bilinən M. Ələkbərzadə saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, o, vətəndaşlara övladlarının xaricdə təhsil alması, transferi və digər məsələlərin həllində köməklik göstərəcəyini vəd edib.

M. Ələkbərzadənin bu vədlərlə iki vətəndaşdan ümumilikdə 12 min manat aldığı, lakin verdiyi sözləri yerinə yetirmədiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

263 baxış
Paylaş: