“Əvvəl güzgüyə baxın, sonra başqalarına dərs verin” – İlham Əliyev

Screenshot Gündəm
Screenshot
13:38 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı ikili standartlar və müstəqil ölkələrin daxili işlərinə müdaxilə məsələsinə toxunub.

Dövlət başçısı bildirib ki, başqalarına həyat tərzi ilə bağlı dərs verməyə çalışanlar əvvəlcə öz davranışlarını nəzərdən keçirməli, kiməsə mühazirə oxumaq hüquqlarının olub-olmadığını düşünməlidirlər.

İlham Əliyev vurğulayıb ki, müstəqil ölkələrə necə yaşamaq, nə etmək və nəyi etməmək barədə dərs verməyə ehtiyac yoxdur. Onun sözlərinə görə, ölkələr diqqətlərini başqalarının işlərinə deyil, öz problemlərinə və vəzifələrinə yönəltməlidirlər.

Prezident qeyd edib ki, digər ölkələrdə baş verənlər həmin ölkələrin və xalqların öz işidir.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#İlhamƏliyev #ikilistandartlar #Azərbaycan #Forum #Expressxeberler #Expressxeberler.az

45 baxış
Paylaş: