Bir ildə 670-dən çox bank bağlanıb – Çində nə baş verir?
Dünya
25-dən çox bank fəaliyyətini dayandırıb. Nəticədə ölkədə fəaliyyət göstərən bankların ümumi sayı təxminən dörddəbir azalıb.
Expressxeberlər.az xəbər verir ki, “Financial Times” Çin Milli Maliyyə Tənzimləmə Administrasiyasının məlumatlarına istinadən yazıb.
Məlumata görə, bankların bağlanması iqtisadi artımın yavaşlaması fonunda kiçik kredit təşkilatlarına nəzarətin gücləndirilməsi kampaniyasının tərkib hissəsidir. Ötən il fəaliyyətini dayandıran bankların demək olar ki, hamısı kənd rayonlarında fəaliyyət göstərib.
Sinqapur Milli Universitetinin Şərqi Asiya İnstitutunun baş dəvətli elmi əməkdaşı Ceyson Bedford bildirib ki, bank sektorunda aparılan konsolidasiya tənzimləmənin sadələşdirilməsinə və mümkün likvidlik problemlərinin aradan qaldırılmasına yönəlib.
Qeyd olunur ki, kənd banklarının yenidən təşkili Çində iqtisadi şəraitin dəyişməsi ilə eyni dövrə təsadüf edib. Bu dəyişikliklərin əsas göstəricilərindən biri kimi daşınmaz əmlak bazarında əvvəlki sürətli artımın sona çatması göstərilir.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun



