Keşikçidağla bağlı yalan məlumat yayan jurnalist həbs edildi

IMG_1268 Dünya
18:53 Expressxeberler.az

Tiflis Şəhər Məhkəməsi Gürcüstan Baş Prokurorluğunun vəsatətini təmin edərək jurnalist Dito Çubinidze barəsində həbs qətimkan tədbiri seçib.

Expressxeberler.az xəbər verir ki, məhkəmə iclasında iştirak edən Dito Çubinidze ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini bildirib.

Qeyd edək ki, jurnalist ötən gün saxlanılıb. İstintaq materiallarına əsasən, Dito Çubinidze 2026-cı ilin fevral ayından etibarən müxtəlif media vasitələri və sosial platformalar üzərindən sistemli şəkildə yalan məlumatlar və dezinformasiya yayıb.

O, uydurma faktlara əsaslanaraq Gürcüstanın Baş nazirinin qonşu dövlətlə gizli razılaşma əldə etdiyini və Keşikçidağ (David Qareci) monastır kompleksinin bir hissəsini guya Azərbaycana verdiyini iddia edib.

İttihamlar sübuta yetirilərsə, jurnalisti dörd ilədək həbs cəzası gözləyir.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

269 baxış
Paylaş: