“Əgər Starlink söndürülərsə, Ukrayna cəbhəsi dərhal dağılacaq” – Mask

IMG_1381 Dünya
01:23 Expressxeberler.az

Amerikalı milyarder İlon Mask Ukrayna ordusunun Starlink peyk rabitə sistemindən dron hücumları üçün istifadə etməklə qaydaları pozduğunu iddia edib.

Expressxeberler.az xəbər verir ki, sahibkar bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

Mask bildirib ki, Starlink kommersiya mülki rabitə xidməti kimi insanları öldürmək məqsədilə hücum dronlarında istifadə üçün nəzərdə tutulmayıb. Onun sözlərinə görə, sistemdən bu məqsədlə istifadəyə imkan verən boşluq ötən həftə aradan qaldırılıb.

Milyarder eyni zamanda Starlink-in Ukraynanın müdafiəsi üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

“Əgər Starlink söndürülərsə, Ukrayna cəbhəsi dərhal dağılacaq. Bu, təhdid deyil, sadəcə bir faktdır”, – deyə Mask yazıb.

O, həmçinin müharibənin ilk günlərində digər rabitə vasitələri məhv edildikdə və ya sıxışdırıldıqda Starlink-in Ukraynada rabitənin qorunmasına kömək etdiyini xatırladıb.

#İlonMask #Ukrayna #Starlink #Dron #Müharibə #Expressxeberler #Expressxeberler.az

158 baxış
Paylaş: