Bu rayonlarda işıq olmayacaq

ca474609ff77fb72 Cəmiyyət
00:05 Expressxeberler.az

Sabah Biləsuvar və Cəlilabad rayonlarının bəzi ərazilərində işıq olmayacaq.

Expressxeberler.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Belə ki, 110 kV-luq “Cəlilabad” hava xəttində aparılacaq təmir işləri ilə əlaqədar saat sabah 10:00-dan 13:00-dək Biləsuvarın Amankənd və Arazbarı, Cəlilabadın Alar, Günəşli və Sabirabad kəndlərinin bir sıra yerlərində enerjinin verilişində fasilə yaranacaq.

71 baxış
Paylaş: