Çağırışçılara xəbərdarlıq: bunu etməsəniz, 100 manat cərimə olunacaqsız
Cəmiyyət
Expressxeberler.az xəbər verir ki, ilkin hərbi qeydiyyata üzrlü səbəb olmadan gəlməyən vətəndaşlar, eləcə də çağırışçılara vaxtında məlumat verməyən qurumlar cərimələnə bilər.
Qanunvericiliyə əsasən, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaş fərdi çağırış vərəqəsində göstərilən vaxtda üzrlü səbəb olmadan müvafiq dövlət orqanına gəlmədikdə 100 manat məbləğində cərimə edilə bilər.
Bununla yanaşı, çağırışçıların və hərbi vəzifəlilərin uçotunu aparan orqan və təşkilatlar onların çağırış barədə məlumatlandırılmasını təmin etmədikdə və ya çağırış məntəqəsinə, yaxud toplanış yerinə vaxtında gəlmələrinə mane olduqda da məsuliyyət daşıyırlar.
Belə hallarda vəzifəli şəxslər 200 manatdan 300 manatadək, hüquqi şəxslər isə 600 manatdan 800 manatadək cərimə oluna bilərlər.
Ən son xəbərləri oxumaq üçün hər gün Expressxeberler.az saytını izləyin.
#HərbiQeydiyyat #HərbiXidmət #Cərimə #Çağırışçılar #Qanunvericilik #Expressxeberler #Expressxeberler.az



