Coratda boşanmaq istədiyi üçün arvadını öldürən şəxs qazi imiş-Ətraflı
Cəmiyyət
Expressxeberler.az xəbər verir ki, həyat yoldaşını amansızlıqla q*tlə yetirən Əsgər Ağarəhim oğlu Hüseynovun keçmişi ilə bağlı diqqətçəkən məqamlar ortaya çıxıb.
1993-cü ildə Lerik rayonunda anadan olan Əsgər Hüseynov Müddətdən Artıq Həqiqi Hərbi Xidmət Edən (MAXE) hərbi qulluqçu olub. O, Xüsusi Təyinatlı Həmlə Taborunun tərkibində 44 günlük Vətən müharibəsində iştirak edib.
Füzuli, Hadrut və Şuşa istiqamətində gedən ağır döyüşlərdə iştirak edən Əsgər Hüseynov düşmən pusqusuna düşərək üç yerdən ağır yaralanıb.
Snayper gülləsi nəticəsində qolu parçalanan, döyüş yoldaşlarının gözləri qarşısında şəhid olduğu və düşmən tərəfindən öldüyü düşünülərək soyulduğu bildirilən qazi möcüzə nəticəsində sağ qalıb.
O, müsahibələrinin birində döyüş meydanında keçirdiyi ağır anları belə təsvir edib:
“Dizimdən yaralandım, snayper gülləsi qolumu qopardı, qolum sümük parçasından asılı qaldı. Çoxlu qan itirirdim, susuzluqdan öz qanımı içməyə məcbur oldum…”
Ağır döyüş travmaları və yaraları almış Vətən müharibəsi iştirakçısının törətdiyi bu amansız qt* cəmiyyətdə böyük şok və təəssüf doğurub.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.



