Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir
Gündəm
Express xəbərlər xəbər verir ki, təqdim olunan siyahıda milyarderlər və dünyaca məşhur şəxslərlə əlaqələndirilən, dəyəri yüz milyonlarla dollar təşkil edən lüks yaxtalar yer alıb.
Siyahıda Roman Abramoviçlə əlaqələndirilən “Eclipse” yaxtasının dəyəri 700 milyon dollar göstərilib. Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın “Serene” yaxtası 550 milyon dollar, Sergey Brinin “Dragonfly” yaxtası isə 450 milyon dollar qiymətləndirilir.
Ceff Bezosun üçdirəkli yelkənli yaxtası “Koru”nun təxmini dəyəri 500 milyon dollar təşkil edir. Usmanov ailəsinin trastı ilə əlaqələndirilən “Dilbar” yaxtasının qiymətinin isə 800 milyon dollar olduğu qeyd olunur.
Siyahıda həmçinin Stiven Spilberqin “Seven Seas” yaxtası 250 milyon dollar, “Azzam” 605 milyon dollar, Devid Cefenin “Rising Sun” yaxtası 590 milyon dollar və Qeyb Nyuellin “Leviathan”ı 500 milyon dollar dəyərində göstərilib.
Sonuncu sırada isə Rusiya Prezidenti Vladimir Putinə aid edildiyi bildirilən “Scheherazade” yaxtası yer alır. Bu yaxtanın təxmini dəyərinin 700 milyon dollar olduğu vurğulanır.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.



