Prezident İlham Əliyevdən Putinə zəng – nə danışıldı?

IMG_9475 Gündəm
15:39 Expressxeberler.az

İlham Əliyev Vladimir Putinə zəng edib – ad günü münasibətilə təbrik etdi

Expressxeberler.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün Rusiya Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Dövlət başçısı Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və dövlətçilik fəaliyyətində yeni uğurlar arzulayıb.

Vladimir Putin göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Telefon danışığı zamanı Azərbaycan-Rusiya münasibətlərinin inkişafından məmnunluq ifadə olunub. Dövlət başçıları, həmçinin iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Expressxeberler.az

367 baxış
Paylaş: