Ermənistan Mərkəzi Bankı: Qazın bahalaşması apokaliptik ssenaridir
Siyasət
Rusiyanın Ermənistana təbii qazın qiymətini artırması ölkə iqtisadiyyatı üçün ciddi nəticələrə səbəb ola bilər.
Expressxeberler.az xəbər verir ki, bunu Ermənistan Mərkəzi Bankının rəhbəri Martin Qalstyan bildirib. Onun sözlərini “Sputnik Near Abroad” yayıb.
Qalstyanın sözlərinə görə, Rusiya qazının qiymətinin artırılması Ermənistanda inflyasiyanın yüksəlməsinə və iqtisadi artımın yavaşlamasına səbəb olacaq.
“Bu ssenari nə A tipidir, nə də B tipi. Əksinə, X tipli ssenaridir. Bu, daha apokaliptik bir vəziyyət təklif edir və buna reaksiyamız güclü və qeyri-ənənəvi olmalıdır”, – deyə o bildirib.
Qeyd edək ki, bundan əvvəl “Qazprom Armenia” Rusiyanın Ermənistana qaz tədarükünü sentyabrın 15-dən 25-dək dayandıracağını açıqlayıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan isə Rusiyanın qazın qiymətini artırmasını əldə olunmuş razılaşmanın pozulması kimi qiymətləndirib.



