Kim Çen İn ÖLÜB? – 9 min Çin hərbçisi Pxenyana göndərildi- ŞOK

Screenshot Cəmiyyət
Screenshot
13:49 Expressxeberler.az

Kim Çen İnın öldüyü iddia edilir: Pxenyana 9 min Çin hərbçisi göndərilib?

Şimali Koreya lideri Kim Çen İnın vəfat etdiyi və ölüm xəbərinin ictimaiyyətdən gizlədildiyi barədə iddialar yayılıb. Həmçinin Pxenyana minlərlə Çin hərbçisinin göndərildiyi irəli sürülüb.

Expressxeberler.az xəbər verir ki, bu barədə Çin Demokratiya Partiyasının rəhbəri Vanqun Xie sosial şəbəkə hesabında paylaşım edib.

Xie-nin iddiasına görə, Kim Çen İn qəfil beyin qanaması keçirərək komaya düşüb. Onun müalicəsi üçün Çindən tibbi mütəxəssislər cəlb olunsa da, liderin həyatını xilas etmək mümkün olmayıb. Xie həmçinin cəsədin gizli şəkildə Şimali Koreyaya gətirildiyini və ölüm xəbərinin ictimaiyyətdən gizlədildiyini iddia edib.

Pxenyana 9 min Çin hərbçisi göndərildiyi iddia olunur

Xie növbəti paylaşımında bu xəbərlərin Şimali Koreyada hakimiyyətin varisliyi məsələsini gündəmə gətirə və siyasi böhrana səbəb ola biləcəyini bildirib.

O, Çin Kommunist Partiyasının Kim Çen İnın qızı Kim Cuenin hakimiyyətini möhkəmləndirməsinə dəstək məqsədilə Pxenyana 9 min hərbçi göndərdiyini də irəli sürüb. Bundan başqa, Çin Xalq Azadlıq Ordusunun Şimal Hərbi Komandanlığında döyüş hazırlığının artırıldığını iddia edib.

Lakin Çin hərbçilərinin Şimali Koreyaya göndərilməsi ilə bağlı məlumatlar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. Kim Çen İnın vəfat etməsi barədə iddialar da təsdiqlənmiş fakt kimi təqdim edilə bilməz.

Kim Çen İnın mümkün varisi kimdir?

Kim Çen İnın qızı Kim Cu atasının iştirak etdiyi bir sıra rəsmi tədbirlərdə görüntülənib. Bu, onun gələcəkdə ölkə rəhbərliyində rol ala biləcəyi ilə bağlı müzakirələrə səbəb olub.

Hazırda yayılan iddialara ehtiyatla yanaşmaq və rəsmi açıqlamalarla etibarlı mənbələrdən təsdiqlənmiş məlumatları gözləmək vacibdir.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#KimÇenİn #ŞimaliKoreya #Çin #Pxenyan #DünyaXəbərləri #Siyasət #Expressxeberler #Expressxeberler.az

256 baxış
Paylaş: