“Gəlinim bunları öyrənsəydi, daha yaxşı olardı”
Dünya
Zülfiyyə İbadovadan gəlinlərlə bağlı açıqlama: “Gəldiyi mühitə uyğunlaşmalıdır”
Əməkdar mədəniyyət işçisi, aşıq Zülfiyyə İbadova ailə münasibətləri və gəlinlərin yeni ailəyə uyğunlaşması barədə danışıb.
Expressxeberler.az xəbər verir ki, sənətçi “Qonaqcanlı” verilişində yeni ailə quran cütlüklərin ayrı yaşamasının daha yaxşı olduğunu bildirib.
“İmkan daxilində yeni ailələrin ayrı yaşaması daha yaxşı olar. Belə olduqda, həyatın qədrini daha yaxşı bilərlər, bir az da çətinliklərə alışarlar. Yoxsa evdə valideynlər olanda istər-istəməz dəstək olurlar”, – deyə Zülfiyyə İbadova bildirib.
Aşıq gəlininin 5 il onlarla bir evdə yaşadığını qeyd edərək onun ailə qaydalarına uyğunlaşmasının vacibliyindən də danışıb:
“Gəlinim 5 il bizimlə bir yerdə yaşadı. Çünki bizim ailənin də özünəməxsus qaydaları var idi. Gəlinim bunları öyrənsəydi, daha yaxşı olardı. Bizdə vəziyyət bu cürdürsə, gəlin də istər-istəməz buna alışmalıdır. Gəldiyi mühitə, yerə uyğunlaşmalıdır.
Gəlinimdən çox razıyam. Həmişə də deyirəm ki, Allah bütün ailələrə mənim gəlinim kimi birini qismət etsin”.
Qeyd edək ki, Zülfiyyə İbadovanın oğlu Babəkin bu evlilikdən iki övladı var.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun



