“Kadir İnanırın vəfatından 1 həftə sonra Bodruma tətilə getdi”
Gündəm
Expressxeberler.az xəbər verir ki, Türkiyəli mərhum aktyor Kadir İnanırın geridə qoyduğu milyonlarla manatlıq miras ətrafında mübahisələr səngimək bilmir.
Aktyorun bacısı oğlu Levent İnanır onun mirasını vəsiyyət etdiyi 27 illik həyat yoldaşı Jülide Kural barədə yeni iddia səsləndirib.
Levent İnanırın sözlərinə görə, Jülide Kural aktyorun vəfatından cəmi bir həftə sonra Bodruma tətilə gedib.
“İndi onu axtaranlara yas saxladığını deyirmiş. Əmimin vəfatının ilk həftəsində Bodruma tətilə gedib. Hansı yasdan danışır?” – deyə o bildirib.
Qeyd edək ki, Kadir İnanırın təxminən 1 milyard lirə (35 milyon manat) dəyərində mirası olduğu bildirilir. Aktyorun 2022-ci ildə notariusda tərtib etdiyi vəsiyyətnamədə əmlakını uzun illər həyat yoldaşı olmuş Jülide Kurala vəsiyyət etdiyi qeyd olunur.
Vəsiyyətnamənin açıqlanması ilə bağlı məhkəmə prosesi bəzi vərəsələrə bildirişlərin çatdırılmaması səbəbindən dekabrın 17-dək təxirə salınıb.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Kadirİnanır #JülideKural #Miras #Türkiyə #Maqazin #Expressxeberler #Expressxeberler.az



