İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib
Gündəm
İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Lord Anas Sarvarı qəbul edib.
Expressxeberlər xəbər verir ki, görüş barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlər və əməkdaşlığın inkişaf perspektivlərinin müzakirə edildiyi bildirilib.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun
98
baxış



