Kaşpirovski vəfat etdi
Gündəm
Expressxeberler.az-ın məlumatına görə, məşhur ekstrasens və teleaparıcı Anatoli Kaşpirovski 87 yaşında vəfat edib.
Bu barədə teleaparıcı Andrey Malaxov özünün “Telegram” kanalında məlumat paylaşıb: “Anatoli Mixayloviç Kaşpirovski artıq aramızda deyil”.
Qeyd edək ki, Anatoli Kaşpirovski sovet və postsovet dövründə məşhurlaşmış psixoterapevt və teleaparıcıdır. O, 1980-ci illərin sonlarında televiziya vasitəsilə kütləvi psixoterapiya seansları keçirməsi ilə tanınıb. Onun fəaliyyətinə münasibət birmənalı olmayıb, tətbiq etdiyi üsullar isə elmi baxımdan mübahisəli hesab edilib.
2006-cı ildə Çelyabinskdə Kaşpirovski xalq təbabəti ilə qanunsuz məşğul olduğuna görə inzibati məsuliyyətə cəlb olunub. 2024-cü ildə isə o, kütləvi seanslarını yenidən bərpa edərək öz brendinin məhsullarını satmağa başlamışdı.
‼️ Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun!



