Klint İstvudun keçmiş həyat yoldaşı vəfat etdi
Gündəm
Əfsanəvi Hollivud ulduzu və rejissor Klint İstvudun keçmiş həyat yoldaşı Meqqi İstvud dünyasını dəyişib.
Expressxeberler.az xəbər verir ki, Meqqi İstvudun vəfatı barədə onların qızı Elison İstvud sosial şəbəkədə məlumat paylaşıb.
Ailənin açıqlamasına görə, Meqqi İstvud oktyabrın 18-də dəfn edilib. O, 95 yaşına çatmasına az qalmış vəfat edib.
Qeyd edək ki, Meqqi və Klint İstvud 1953-cü ildə ailə qurublar. Onların bu nikahdan Kayl və Elison adlı iki övladı dünyaya gəlib. Cütlük 1984-cü ildə boşanıb.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun
217
baxış



