Kredit ödənişini gecikdirənləri nə gözləyir? – XƏBƏRDARLIQ

IMG_7967 Cəmiyyət
08:42 Expressxeberler.az

Banka borcu olanların DİQQƏTİNƏ: Məhkəmə qərarı olmadan maaşdan pul tutula bilər?

Expressxeberler.az xəbər verir ki, vəkil Misirə Xəlilzadənin sözlərinə görə, bank borcu olan şəxsdən borcun ödənilməsi tələb oluna bilər. Bank telefon, SMS, məktub və ya elektron bildiriş vasitəsilə borcalana müraciət edə bilər.

Lakin maaşdan məcburi pul tutulması, hesaba və ya əmlaka icra tədbiri tətbiq edilməsi üçün qanunda nəzərdə tutulan icra sənədi tələb olunur.

Məhkəmə qərarı hər vəziyyətdə yeganə yol deyil. Qanunla müəyyən edilmiş hallarda notariusun icra qeydi də icra əsası ola bilər. Bu halda borclunun həmin tələbi məhkəmədə mübahisələndirmək hüququ qalır.

Vəkil həmçinin bildirib ki, bank borcalanın kredit borcunu onun ailə üzvlərinə, dostlarına və digər şəxslərə əsassız şəkildə açıqlaya bilməz.

Mütəxəssis borclulara bankın şifahi tələbləri ilə kifayətlənməməyi, tələb və bildirişlərin hüquqi əsasını yazılı şəkildə yoxlamağı tövsiyə edib.

Hər gün Expressxeberler.az saytına daxil olaraq ölkədə və dünyada baş verən hadisələri operativ şəkildə izləyin.

6 baxış
WhatsApp kanalımıza qoşulun ›
Paylaş: