Maşında saatlarla tıxacda qalanlara XƏBƏRDARLIQ – xərçəng riski…

IMG_7969 Cəmiyyət
10:46 Expressxeberler.az

Tıxacda qalmaq sağlamlığa necə təsir edir? – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ

Expressxeberler.az xəbər verir ki, Bakıda xüsusilə səhər və axşam saatlarında yaranan tıxaclar insanların yalnız vaxtına deyil, psixoloji və fiziki sağlamlığına da təsir göstərə bilər.

Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a açıqlama verən klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirib ki, tıxac stressi artıran ciddi amillərdən biridir.

Onun sözlərinə görə, uzun müddət yolda qalmaq, səs-küy, hərəkətsizlik, işə gecikmək qorxusu və sürücülərin aqressiv davranışları insanlarda yorğunluq, əsəbilik, yuxu problemləri və digər psixosomatik şikayətlər yarada bilər.

Terapevt Zaur Orucov isə bildirib ki, tıxacların təsiri yalnız stresslə məhdudlaşmır. Nəqliyyat sıxlığı havanın keyfiyyətinin pisləşməsinə, o cümlədən PM2.5 hissəcikləri və azot birləşmələri kimi çirkləndiricilərin artmasına səbəb ola bilər.

Hər gün Expressxeberler.az saytına daxil olaraq ölkədə və dünyada baş verən hadisələri operativ şəkildə izləyin.

11 baxış
Paylaş: