Sərnişinə “Rədd olun, keçin arxaya” deyən sürücü İŞDƏN ÇIXARILDI
Cəmiyyət
Sərnişinə “Rədd olun, keçin arxaya” deyən sürücü İŞDƏN ÇIXARILDI
Expressxeberler.az xəbər verir ki, Bakıda 214 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü sərnişinlə mübahisə etdiyi və nalayiq ifadələr işlətdiyi üçün işdən çıxarılıb.
Sürücünün sərnişinlə kobud davranışının görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra onun kimliyi müəyyənləşdirilib.
“Çinar Trans” MMC-dən bildirilib ki, sürücü ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. Şirkət digər sürücülərə də sərnişinlərlə davranış qaydaları ilə bağlı əlavə təlimat verib.
Qeyd edək ki, mübahisəyə sürücünün avtobusa minən sərnişinlərə “Rədd olun, keçin arxaya” deməsi səbəb olub.
Hər gün Expressxeberler.az saytına daxil olaraq ölkədə və dünyada baş verən hadisələri operativ şəkildə izləyin.



