Gələn il maaşlarda ciddi artım gözlənilir – orta əməkhaqqı 200 manata yaxın yüksələcək

IMG_7966 Cəmiyyət
07:40 Expressxeberler.az

2027-ci ildə minimum əməkhaqqı nə qədər olacaq? – EKSPERTDƏN PROQNOZ

Expressxeberler.az xəbər verir ki, 2027-ci ildə Azərbaycanda minimum əməkhaqqının 450-470 manat aralığında müəyyən edilə biləcəyi proqnozlaşdırılır.

İqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, əvvəlki illərdə minimum əməkhaqqının artım tempi, orta aylıq əməkhaqqının dinamikası və inflyasiya göstəriciləri nəzərə alındıqda, 2027-ci il üçün 450-470 manat aralığı real görünür.

Onun hesablamalarına görə, orta aylıq nominal əməkhaqqının 2025-ci ildəki 1102,9 manatdan 2027-ci ildə proqnozlaşdırılan 1288,3 manata yüksəlməsi təxminən 16,8 faiz artım deməkdir. Bu temp minimum əməkhaqqına tətbiq edilərsə, 400 manatlıq göstərici təxminən 465-470 manata çata bilər.

Ekspert inflyasiya göstəricilərinin isə minimum əməkhaqqının təxminən 450 manat səviyyəsinə yüksəlməsini əsaslandırdığını qeyd edib.

E. Əmirovun sözlərinə görə, onun əsas proqnozu 2027-ci ildə minimum əməkhaqqının 460 manat müəyyən edilməsidir. 470 manat variantının da mümkün olduğunu bildirən ekspert 450 manatdan aşağı məbləği arzuolunan hesab etmədiyini deyib.

Qeyd edək ki, hazırda Azərbaycanda minimum əməkhaqqı 400 manatdır.

Hər gün Expressxeberler.az saytına daxil olaraq ölkədə və dünyada baş verən hadisələri operativ şəkildə izləyin.

9 baxış
Bizim Telegram kanalımıza abunə olun ›
Paylaş: