Məktəbin öz qaydalarını vacib saymalıyıq”

IMG_6767 Gündəm
17:10 Expressxeberler.az

Lalə Azərtaş məktəbli forması ilə bağlı müzakirələrə münasibət bildirdi

Aparıcı Lalə Azərtaş məktəbli forması ilə bağlı müzakirələrə münasibət bildirib.

Expressxeberler.az xəbər verir ki, aparıcı 1988-ci ildə ibtidai sinif müəlliməsi Nahidə xanımla çəkdirdiyi fotosunu sosial şəbəkədə paylaşaraq fikirlərini bölüşüb. O, məktəbli formasının uşaqları birləşdirdiyini vurğulayıb.

Lalə Azərtaş paylaşımında bildirib ki, məktəbli forması ətrafında yaranan mübahisələri ürək ağrısı ilə izləyir və hər kəsin inancına, dini etiqadına hörmətlə yanaşır. Bununla yanaşı, məktəbin öz nizamı, qaydaları və siması olmasının vacibliyini qeyd edib.

Aparıcı insanları bir-birinə qarşı qoymamağa çağıraraq ortaq yol tapmağın vacibliyini vurğulayıb:

“Gəlin, inancı inanca, insanı insana qarşı qoymayaq! Bir-birimizin həssasiyyətinə hörmət edərək ortaq yol tapaq.

Unutmayaq, məktəb uşaqlarımızın ilk böyük həyat dərsidir. Qoy o dərsin adı qarşıdurma deyil, birlik, bərabərlik və qarşılıqlı hörmət olsun! Çünki uşaqlarımıza qoyacağımız ən gözəl miras təkcə təhsil deyil, bir-birinə hörmət etməyi bacaran cəmiyyətdir”.

Lalə Azərtaş uşaqlıq illərini də xatırladaraq məktəbli formasının onları eyni məktəbin və eyni arzuların uşaqları kimi birləşdirdiyini bildirib.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

43 baxış
Paylaş: