Mendeldən Zelenski ilə bağlı sülh danışıqları açıqlaması
Gündəm
Ukrayna Prezidentinin keçmiş mətbuat katibi Yuliya Mendel Vladimir Zelenskinin 2022-ci ildən etibarən Rusiya ilə bağlı ən azı beş sülh sazişi variantını rədd etdiyini iddia edib.
Expressxeberler.az xəbər verir ki, Mendel bu barədə İsveçrənin “Weltwoche” nəşrinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, rədd edilən variantlardan biri 2022-ci ilin martında müzakirə olunub.
Mendel bildirib ki, Kiyevdəki vəziyyət Britaniyanın keçmiş Baş naziri Boris Consonun Ukraynaya səfərindən sonra əhəmiyyətli dərəcədə dəyişib.
Qeyd edək ki, Yuliya Mendel daha əvvəl Zelenskini Ukraynanın suverenliyi üçün təhdid adlandırmışdı.
4
baxış



