Mətanət dünən buna görə efirə çıxmayıb
Gündəm
Aparıcı Mətanət Əliverdiyevanın bacısı komaya düşüb.
Expressxeberler.az xəbər verir ki, aparıcı bacısının səhhətində yaranan ciddi problemə görə ötən gün “Xəzər axşamı” verilişində iştirak edə bilməyib. O, proqramda baş verənləri danışaraq həmin anlarda böyük qorxu keçirdiyini bildirib.
“Dünən işə gələndə evdən çox pis bir xəbər aldım. Məndən 10 yaş böyük bacım şəkərli diabetdən əziyyət çəkir. Şəkəri 600-ə qalxıb və evdə yıxılaraq komaya düşüb. Ona zəng etdim. Zəng çatmadığından başa düşdüm ki, nəsə olub. Qardaşımın ailəsi mənə xəbər verdi ki, bacım komadadır.
Elə bir vəziyyətdə idim ki, artıq bacımı itirdiyimi düşünürdüm. Mən dünən gördüyümü gördüm, bizim həkimlərdən yoxdur. Mən hələ yolda olarkən, Sumqayıta çatana qədər ona yerindəcə müdaxilə etdilər, komadan ayıltdılar və xəstəxanaya yerləşdirdilər”, – deyə aparıcı bildirib.
Qeyd edək ki, ötən gün “Xəzər axşamı” verilişinin yeni buraxılışı əvəzinə təkrarı yayımlanıb.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun



