Mustafa Sandal və həyat yoldaşı 11 Milyardı götürüb Dubaya qaçdı?

IMG_0445 Gündəm
14:53 Expressxeberler.az

Məşhur müğənni Mustafa Sandal haqqında yayılan 11 milyard lirəlik iddialara münasibət bildirib.

Expressxeberler.az xəbər verir ki, sənətçi xəbərlərin həqiqəti əks etdirmədiyini və fondlarla heç bir əlaqəsinin olmadığını açıqlayıb.

Mustafa Sandal 32 ildir musiqi sektorunda olduğunu və əsas gəlir mənbəyinin sənət fəaliyyəti olduğunu bildirib. O, həyat yoldaşı Melis Sütşurup Sandal ilə də maliyyə və ya biznes ortaqlığının olmadığını vurğulayıb.

“Melis Sütşurup sadəcə həyat yoldaşımdır. Bunun xaricində onunla maddi və ya biznes məqsədli heç bir ortaqlığım yoxdur”, – deyə müğənni qeyd edib.

Qeyd edək ki, İstanbul Baş Prokurorluğunun maliyyə bazarları ilə bağlı apardığı araşdırma çərçivəsində Melis Sütşurup Sandalın da adı hallanıb. Onun barəsində əmlakın müsadirəsi və axtarış qərarlarının verildiyi bildirilib.

Məlumatlarda həmçinin araşdırmadan əvvəl fondlardan milyardlarla lirə nağd pul çıxararaq Dubaya getdiyi və Mustafa Sandalın Birləşmiş Ərəb Əmirliklərində “Golden Visa” üçün müraciət etdiyi iddia olunub.

Mustafa Sandal isə özünün bu məsələlərlə bağlı maliyyə əlaqəsinin olmadığını bildirib.

Expressxeberler.az-ı hər gün oxuyun, ən son xəbərlərdən xəbərdar olun!

221 baxış
Paylaş: