Netanyahu İsrail ordusunu tənqid edənlərin vətəndaşlığının ləğvini təklif edəcək
Gündəm
İsrailin Baş naziri Binyamin Netanyahu İsrail Müdafiə Qüvvələrinin (IDF) şəxsi heyətini xaricdə “böhtan atan” şəxslərin vətəndaşlığının ləğvinə imkan verən qanun layihəsi təqdim edəcəyini açıqlayıb.
Expressxeberler.az xəbər verir ki, Netanyahu bununla yanaşı, IDF haqqında böhtan xarakterli məlumatların yayılmasına görə məhkəmədə təqsirli bilinən şəxslərdən tələb oluna biləcək kompensasiya məbləğinin 20 dəfə artırılmasını nəzərdə tutan ikinci qanun layihəsi də təqdim edəcəyini bildirib.
Baş nazir bu təşəbbüslərin son vaxtlar böyük müzakirələrə səbəb olan “NAZA” sənədli filmi ilə bağlı yaranmış qalmaqal fonunda irəli sürüldüyünü bildirib. Film israilli rejissorlar Yuval Abraham və Rachel Szor tərəfindən hazırlanıb və İsrail ordusunun Qəzzadakı fəaliyyəti ilə bağlı iddiaları əks etdirir. İsrail ordusu isə filmdəki iddiaları rədd edir.
Netanyahu qanun layihələrinə Knessetdə sionist mövqedə olan bütün fraksiyaların dəstək verəcəyinə ümid etdiyini deyib. Hazırda isə söhbət təqdim edilməsi planlaşdırılan qanun layihələrindən gedir.



