Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi

IMG_0955 Gündəm
10:49 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, mərhumun qızı Həlimə atalığı Muhammet Gündüzün anasından qalan mülkləri ələ keçirməyə çalışdığını bildirmişdi.

Həlimə anasından qalan mirasa münasibətdə atalığının ləyaqətsiz vərəsə hesab edilməsi tələbi ilə məhkəməyə müraciət edib. Birinci instansiya məhkəməsi iddianı təmin edib, apellyasiya instansiyası isə qərarı dəyişdirmədən qüvvədə saxlayıb.

Cavabdeh kassasiya şikayətində cinayəti qısqanclıq zəminində törətdiyini, miras əldə etmək məqsədinin olmadığını əsas gətirərək ləyaqətsiz vərəsə hesab edilməsi üçün hüquqi əsasların mövcud olmadığını bildirib.

Ali Məhkəmənin Mülki kollegiyası isə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə ilə razılaşıb.

Qeyd edək ki, Türkan Gündüz 2023-cü il mayın 7-də Abşeron rayonunun Novxanı qəsəbəsində qətlə yetirilib. Cinayətdə təqsirləndirilən Türkiyə vətəndaşı Muhammet Gündüz Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 17 il müddətinə azadlıqdan məhrum edilib.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

72 baxış
Paylaş: