Qızının ailə qurmağa hazırlaşmasından danışdı

IMG_6769 Gündəm
17:13 Expressxeberler.az

İbrahim Borçalı qızının ailə qurmağa hazırlaşmasından danışdı

Müğənni İbrahim Borçalı qızı Aysunun ailə qurmağa hazırlaşdığını açıqlayıb.

Expressxeberler.az xəbər verir ki, sənətçi bu barədə “Qonaqcanlı” verilişində danışıb. O, qızının “həri” mərasiminin yay aylarında Gürcüstanda keçirildiyini bildirib.

Müğənni qeyd edib ki, mərasim ailələrinin həyətində təşkil olunub. Nişan mərasiminin isə yaxınlarının vəfatı ilə əlaqədar yas müddətinin başa çatmasından sonra keçirilməsi planlaşdırılır.

İbrahim Borçalının sözlərinə görə, Aysunun gələcək həyat yoldaşı Gürcüstandandır və onun dostunun oğludur.

“Qızımın “həri”si yayda Gürcüstanda olub. Öz həyətimizdə məclis etdik. Nişan olacaq. Bizim qohumun qızı rəhmətə gedib, ilin çıxmağını gözləyirik. Oğlan Gürcüstandandır, dostumun oğludur. Hamının qızının bəxti gözəl olsun. Gənclər özləri bir-birini seçib, seviblər”, – deyə müğənni bildirib.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

53 baxış
Paylaş: