Tacir Şahmalıoğlu hansı xəstəliyə düçar olduğunu açıqladı
Cəmiyyət
Expressxeberler.az xəbər verir ki, müğənni Tacir Şahmalıoğlu səhhəti ilə bağlı açıqlama verib.
İfaçı şəkər xəstəliyindən əziyyət çəkdiyini bildirib. O, İstanbulda əməliyyat olunduqdan sonra Azərbaycana qayıtdığını, daha sonra qəfil ağrılarının başladığını deyib.
Tacir Şahmalıoğlu bildirib ki, ağrıların səbəbi öd kisəsində yaranan problem olub və öd partlayaraq daxili orqanlara yayılıb.
“Məni yıxmışdı. İstanbulda əməliyyat olunub bura gəldim. Qəfildən ağrılarım başladı. Sən demə, öd partlayıb, daxili orqanlara yayılıb. Məni o hala salan öd imiş. Həkim deyir, bir aya normal olacağam. Hələ 10 gündür”, – deyə müğənni qeyd edib.
Expressxeberler.az
895
baxış



