Tovuzda dəhşət: Anasının üzərinə benzin tökərək yandırdı
Gündəm
Expressxeberler.az xəbər verir ki, dəhşətli hadisə Tovuzun Qovlar şəhərində qeydə alınıb. İlkin məlumata görə, 22 yaşlı Elyar Hüseynli yaşadıqları fərdi evdə anası, 1981-ci il təvəllüdlü (45 yaşlı) Nüşabə Hüseynovanın üzərinə benzin tökərək yandırıb.
Hadisə yerinə dərhal FHN-in Tovuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Alov yanğınsöndürənlər tərəfindən qısa müddətdə söndürülüb. Ağır yanıq xəsarətləri alan N. Hüseynova evdən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilsə də, həkimlərin müdaxiləsinə baxmayaraq xəstəxanada hayatını itirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən E. Hüseynli saxlanılıb.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun



