Tramp Almaniya seçkiləri ilə bağlı: Almanlar ölkənin immiqrasiya siyasətindən beziblər
Siyasət
ABŞ Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Riçard Qrenell Almaniya kansleri Fridrix Mertsi NATO qarşısındakı öhdəliklərlə bağlı tənqid edib.
Expressxeberler.az xəbər verir ki, Qrenell X sosial şəbəkəsində Merzin Berlində və Vaşinqtonda fərqli mövqelər səsləndirdiyini iddia edib.
“Merz amerikalıların Almaniya hökumətindən NATO öhdəliklərini yerinə yetirməsini istəməsindən qəzəblənir… Biz Merzə etibar edə bilmərik”, – deyə Qrenell bildirib.
O, həmçinin Almaniya mediasının Merzin siyasətini kifayət qədər tənqid etmədiyini iddia edib.
Qeyd edək ki, daha əvvəl Rusiya Prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev Merzi Almaniya üçün Alternativ Partiyasının regional seçkilərdəki nəticələrindən sonra Donald Trampla telefon danışığının təxirə salınmasına görə tənqid etmişdi.



