72 yaşlı qadın niyə plastik əməliyyat etdirsin?”

IMG_1244 Gündəm
10:49 Expressxeberler.az

Əməkdar artist Firuzə İbadova iki aydır yataq xəstəsidir.

Expressxeberler.az xəbər verir ki, sənətçinin qızı Hülya “1001 şou”ya açıqlamasında anasının səhhəti barədə məlumat verib. O, Firuzə İbadovanın plastik əməliyyat etdirməsi ilə bağlı yayılan iddialara da münasibət bildirib.

Hülya anasının vəziyyətinin hazırda stabil olduğunu və həkimlərin ona lazımi tibbi yardım göstərdiyini deyib.

“Hazırda vəziyyəti stabildir. Həkimlər gözəl yardım edirlər. Yaş var, daxili orqanların durumu var. Problemi açmaq istəmirəm. İzzət Bağırov iki aydır hər gün danışır, ailəsi ilə gəlib baş çəkir.

Yazırlar ki, plastik əməliyyat etdirib. Xəstəxananın və polisin hər kəsin qapısında ola biləcəyini unudurlar. Firuzə İbadovanın vəziyyəti pisdir. 72 yaşlı qadına niyə plastik əməliyyat lazım olsun? Niyə artıq şeylər yazırsınız? Günah deyil? Anam onsuz da gözəldir, niyə plastik əməliyyat etsin?

Kim anam haqqında pis yazsa, polisə şikayət edəcəyik. 72 yaşında plastik əməliyyatı nə edəcək? Daxili orqanlarında problem var. Şəkər xəstəliyi var, ona görə yarası sağalmır”, – deyə o bildirib.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

964 baxış
Paylaş: