Rusiyada xərçəngə tutulma riskinin artacağı proqnozlaşdırılır
Dünya
Rusiyanın səhiyyə naziri Mixail Muraşko növbəti 25 il ərzində xərçəng xəstəliyinə tutulma riskinin artacağını bildirib.
ExpressXeberler.az xəbər verir ki, Muraşko bu tendensiyanın əsas səbəblərindən birinin insanların orta ömür uzunluğunun artması olduğunu qeyd edib.
“Növbəti 25 ildə ömür uzunluğunun artması və dünyada baş verən bir sıra proseslər səbəbindən xərçəng xəstəliyinə tutulma riski artacaq”, – deyə RİA Novosti nazirin sözlərindən sitat gətirib.
Nazirin sözlərinə görə, bəzi ekspert qiymətləndirmələrində bu artımın 50 faizə qədər ola biləcəyi bildirilir.
Qeyd edək ki, daha əvvəl Rusiyanın Səhiyyə Nazirliyinin baş onkoloqu, Milli Tibbi Tədqiqat Radiologiya Mərkəzinin baş direktoru Andrey Kaprin ölkədə xərçəng xəstələrinin beş illik sağqalma göstəricisinin son 10 ildə 7 faiz artdığını açıqlamışdı.



