Canlı yayımda daha bir söyüş söyən şəxs saxlanıldı
Cəmiyyət
TikTok-da nalayiq ifadələr işlədən 47 yaşlı kişi 500 manat cərimələndi
Expressxeberler.az xəbər verir ki, sosial şəbəkədə qeyri-etik hərəkətlər edən TikTok istifadəçisi saxlanılıb.
47 yaşlı Zakir Musayev (şərti ad) özünə məxsus TikTok səhifəsində canlı yayım açaraq nalayiq ifadələr işlədib. Onun bu hərəkətləri ictimai mənəviyyatı təhqir edən və cəmiyyətə açıq hörmətsizlik ifadə edən davranış kimi qiymətləndirilib.
Faktla bağlı polis tərəfindən saxlanılan şəxsin barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə protokol tərtib olunub.
Məhkəmədə ifadə verən Z.Musayev bildirib ki, ilk dəfə canlı yayım açıb. Məqsədinin Rusiyada yaşayan əsgər yoldaşları ilə söhbət etmək olduğunu deyib. Onun sözlərinə görə, izləyicilərdən biri övladını təhqir etdiyinə görə əsəbiləşərək nalayiq ifadə işlədib.
Z.Musayev əməlinə görə peşman olduğunu bildirib.
Məhkəmənin qərarı ilə o, 500 manat məbləğində inzibati cərimə olunub.
Hər gün Expressxeberler.az saytına daxil olaraq ölkədə və dünyada baş verən hadisələri operativ şəkildə izləyin.



