Onların iş vaxtı dəyişdirildi — RƏSMİ
Cəmiyyət
Təyyarə heyətinin iş vaxtı dəyişir – Milli Məclisdən yeni qərar
Expressxeberler.az xəbər verir ki, Milli Məclisin iclasında Əmək Məcəlləsinə və “Aviasiya haqqında” qanuna dəyişikliklər üçüncü oxunuşda qəbul edilib.
Dəyişikliklər kommersiya hava daşımalarını həyata keçirən təyyarə heyətinin iş və istirahət vaxtının tənzimlənməsini nəzərdə tutur.
Yeni qaydalara əsasən, uçuşla bağlı iş vaxtı heyət üzvlərinin tapşırığı yerinə yetirmək üçün hava limanına gəldiyi andan hesablanacaq. Bu müddət sonuncu uçuş başa çatdıqdan və təyyarə yerdə tam dayandıqdan sonra yekunlaşacaq.
Dəyişikliklərin əsas məqsədi aviasiya işçilərinin əmək hüquqlarını qorumaq, iş rejimini daha dəqiq tənzimləmək və uçuş təhlükəsizliyini artırmaqdır.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#MilliMəclis #Aviasiya #ƏməkMəcəlləsi #QanunDəyişikliyi #Expressxeberler #Expressxeberler.az



