8-ci mərtəbədə dəhşət: Ana oğlunu öldürüb özünü aşağı atdı
Cəmiyyət
Expressxeberler.az xəbər verir ki, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən binada ağır ailə faciəsi baş verib.
Məlumata görə, təxminən 75 yaşlı qadın 50 yaşlarında olan oğlunu bıçaqlayaraq öldürüb. Daha sonra qadın binanın 8-ci mərtəbəsinə qalxaraq özünü aşağı atıb.
Hadisə ilə bağlı bildirilənə görə, ana və oğlu binanın 2-ci mərtəbəsində yaşayıblar. Qonşuların sözlərinə əsasən, hadisədən təxminən 3-4 gün əvvəl onların yaşadığı mənzildən mübahisə və dava səsləri eşidilib.
Qadının müəllimə olduğu və ailənin savadlı ailə kimi tanındığı bildirilir.
Hadisənin səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Hər gün Expressxeberler.az saytına daxil olaraq ölkədə və dünyada baş verən hadisələri operativ şəkildə izləyin.
16
baxış



