Oğlunu Amerikaya yola saldı, özü isə getmədi

IMG_8221 Cəmiyyət
20:11 Expressxeberler.az

Damla oğlunu Amerikaya yola saldı – kövrək anlar

Expressxeberler.az xəbər verir ki, müğənni Damla oğlu İbrahimi təhsil almaq üçün Amerikaya yola salıb.

Sənətçi yolasalma anlarını sosial media hesabında paylaşaraq oğluna duyğusal sözlər ünvanlayıb. O, övladının gələcəyi üçün mühüm addım atdığını bildirərək ona uğurlar arzulayıb.

Damla paylaşımında oğlunun harada olmasından asılı olmayaraq sevgisinin və dualarının hər zaman onunla olacağını qeyd edib.

Qeyd edək ki, müğənni daha əvvəl Amerikada təhsil alan oğlunu aylarla görə bilmədiyini açıqlamışdı. Damla bunun ABŞ səfirliyindən viza ala bilməməsi ilə bağlı olduğunu bildirmişdi. İfaçı bir dəfə viza aldığını, daha sonra isə ona viza verilməsinə qadağa qoyulduğunu demişdi.

Ən son xəbərləri operativ şəkildə oxumaq üçün hər gün Expressxeberler.az saytına daxil olun.

6 baxış
Paylaş: