Arvadını döydü, maaşından 6 ay pul tutulacaq-Quba

IMG_7973 Cəmiyyət
02:57 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, Qubada 40 yaşlı kişi həyat yoldaşını döyərək ona xəsarət yetirib.

Hadisə rayonun qəsəbələrindən birində baş verib. 1986-cı il təvəllüdlü Elxan (ad şərtidir – red.) evdə həyat yoldaşı Nurcanla (ad şərtidir – red.) mübahisə edib.

İstintaq materiallarına əsasən, mübahisə zamanı Elxan arvadının üz nahiyəsinə yumruqla zərbələr endirib və ona xəsarət yetirib.

O, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilib. Məhkəmədə əməlini etiraf edən Elxan hadisədən peşman olduğunu və həyat yoldaşı ilə barışdığını bildirib.

Quba Rayon Məhkəməsinin hökmü ilə Elxan aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.

Hər gün Expressxeberler.az saytına daxil olaraq ölkədə və dünyada baş verən hadisələri operativ şəkildə izləyin.

9 baxış
Bizim Telegram kanalımıza abunə olun ›
Paylaş: