Cim Kerri gizli şəkildə üçüncü dəfə evləndi
Gündəm
Məşhur aktyor Cim Kerri şəxsi həyatında yeni qərarı ilə gündəmə gəlib. 64 yaşlı sənətçi üçüncü dəfə ailə həyatı qurub.
Expressxeberler.az xəbər verir ki, aktyor 32 yaşlı asiyalı rəssam Min Ha ilə nikaha daxil olub. Cütlüyün Los-Ancelesdə baş tutan toyu yaxın dostları və ailə üzvlərinin iştirakı ilə qapalı şəkildə keçirilib.
Cim Kerri daha əvvəl iki dəfə evli olub. O, 1987-ci ildə Melissa Vomerlə ailə həyatı qurub. Həmin il onların Ceyn adlı qızı dünyaya gəlib. Cütlük 1995-ci ildə ayrılıb.
Aktyor bir il sonra “Axmaq və daha axmaq” filmindəki həmkarı Loren Holli ilə evlənib. Lakin bu nikah uzun çəkməyib və tərəflər 1997-ci ildə yollarını ayırıblar.
Qeyd edək ki, Kerrinin nəvəsi 2010-cu ildə dünyaya gəlib. Aktyorun Min Ha ilə münasibəti isə ilk dəfə 2022-ci ildə Los-Ancelesdə birlikdə görüntüləndikləri zaman diqqət çəkib.



